Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
14-cü turun görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 22-də və 23-də keçiriləcək.
MDB oyunları ilə əlaqədar 4-cü turun “Göygöl” – “Dinamo” oyunu 14-cü turun “Dinamo” – “Göygöl” qarşılaşması ilə dəyişdirildiyindən 14-cü turda məhz “Göygöl” – “Dinamo” görüşü keçiriləcək.
Qeyd edək ki, mövsümün geridə qalmış 9 turundan sonra 24 xal toplamış “Xankəndi” zirvədə, eyni xala malik “Qaradağ Lökbatan ikinci pillədə qərarlaşıb. “Quba” isə 20 xalla üçüncüdür.
İkinci Liqa
14-cü tur
22 dekabr
“Şəki” – “Xankəndi”
“Rekord Arena”, 14:00.
“Qaradağ Lökbatan” – “Araz Saatlı”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Quba” – “Ağdaş”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
23 dekabr
“Ağstafa Gəncləri” – “Şəmkir”
Ağstafa şəhər stadionu, 14:00.
“Göygöl” – “Dinamo”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şirvan” – “Kür-Araz”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.


