Deşam: “Bu, Azərbaycanla matçdan öncə bizi rahatlaşdırır”

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah DÇ-2026-nın seçmə mərhələsinin sonuncu turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Didye Deşam bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Sabah tökcə Usman Dembele və Kilian Mbappenin yoxluğuna üzülməyəcəyik. Manu Kone, Dezire Due, Eduardo Kamavinqa, Randal Kolo Muani və başqaları da burada yoxdur. Amma biz dünya çempionatına vəsiqə qazanmışıq. Bu da bizi rahatlaşdırır. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır”.

Deşam Mbappenin zədəsindən də söz açıb:

“Onun topuğunda problemləri var idi, hələ də davam edir. Ona görə də onu millidən kənarlaşdırmağa qərar verdim. “Real”ın tibbi heyəti Mbappe ilə məşğul olacaq. Risk etmək istəmirik. Artıq mundiala vəsiqə qazanmışıq. 22 futbolçumuz buradadır, onların da məqsədi aydındır. Hamısı oynaya bilər. Bugünkü məşqdə də hamısı olacaq. Təbii ki, oyunlara görə yorğunluq var. Amma Bakıya vaxtında gəlib, dincəlmişik. Hansısa problemlə üzləşəcəyimizi düşünmürəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: