Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Ağstafa Gəncləri”nin qonağı olan “Dinamo” 3 xalı tək qolla qazanıb. “Şəmkir” doğma meydanda “Ağdaş”a böyük hesabla qalib gəlib. “Quba” da “Araz Saatlı” ilə ev oyununda rəqib qapısından 4 qol keçirməklə qələbə qazanıb.
9-cu turun qalan görüşləri sabah keçiriləcək.
İkinci Liqa
9-cu tur
16 noyabr
“Ağstafa Gəncləri” – “Dinamo” 0:1
Qol: Rəsul Məmmədli, 84.
Hakimlər: Ceyhun Hüseynov, Ağadur Mahmudov, Hüseyn Vəliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Ağstafa şəhər stadionu, 14:30.
“Şəmkir” – “Ağdaş” 4:1
Qollar: Fəzail Şirxanzadə, 5. Taleh Fərmanov, 11. Ceyhun Rəcəbli, 69. Sehran Abbasov, 90+3 – Elçin Süleymanov, 65.
Hakimlər: Nəriman Ağayev, Sadiq Əliyev, Elvin Mədətov, Rasim Musayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Quba” – “Araz Saatlı” 4:2
Qollar: Vidadi Cəfərov, 53; 65. Elcan Hafizli, 59. Sənan Aslanov, 80-pen. – Hacı Rüstəmov, 25. Zaur Fərzəliyev, 40.
Hakimlər: Səbuhi Bayramov, Tural Bayramov, Ruslan Məmmədov, Rəsul Babayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
17 noyabr
“Şəki” – “Şirvan”
Hakimlər: Niyaz Əhmədov, Ruslan Babayev, Rəhman Aslanov, Kamil Aydınov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Rekord Arena”, 14:00.
“Xankəndi” – “Göygöl”
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Qaradağ Lökbatan” – “Kür-Araz”
Hakimlər: Sənan Bayramzadə, Cavid Ömərov, Rizvan Süleymanov, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.



