“Napoli” – “Qarabağ” matçı Şimon Marçinyaka tapşırıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 5-ci turunun “Napoli” – “Qarabağ” matçına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Polşa, Niderland və Xorvatiyadan olan hakimlər briqadasına tapşırıb.

Oyunu polşalı Şimon Marçinyak idarə edəcək. Ona yan xətt hakimləri Tomaş Listkeviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voyçex Muç yerinə yetirəcək.

VAR hakimi niderlandlı Pol van Bokel, AVAR hakimi xorvatiyalı İvan Bebek olacaq.

Xatırladaq ki, sözügedən qarşılaşma noyabrın 25-də “Dieqo Armando Maradona” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 00:00-da (noyabrın 26-na keçən gecə) start veriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr

“Napoli” – “Qarabağ”
Hakimlər: Şimon Marçinyak, Tomaş Listkeviç, Adam Kupsik, Voyçex Muç (Polşa).
VAR: Pol van Bokel (Niderland).
AVAR: İvan Bebek (Xorvatiya).
Neapol. “Dieqo Armando Maradona” stadionu. Saat 00:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: