UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Napoli” – “Qarabağ” matçının təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, İtaliyada keçiriləcək bu qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Dominik Stari olacaq. Ona yan xətt hakimləri Lukaş Slaviçek və Jozef Suma kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.
Qeyd edək ki, “Napoli” və “Qarabağ”ın gənclərdən ibarət komandalarının görüşü noyabrın 26-da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Xatırladaq ki, əvvəlki 4 qarşılaşmanın hamısında uduzmuş Ağdam təmsilçisinin U-19 komandası Liqa mərhələsində sonuncu – 36-cı pillədə qərarlaşıb. Komanda Portuqaliyanın “Benfika” kollektivinə 1:7, Danimarka “Kopenhagen”inə 0:5, İspaniya “Atletiki”nə (Bilbao) 0:3, İngiltərə “Çelsi”sinə isə 0:5 hesabıyla uduzub.
UEFA Gənclər Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr
Napoli – Qarabağ
Baş hakim: Dominik Stari (Çexiya).
Çerkola. “Cüzeppe Pikkolo” stadionu. Saat 17:00.


