UEFA “Qarabağ”ı 5 min avro cərimələdi

UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ı 5000 min avro məbləğində cərimələyib.

Arena.az xəbər verir ki, buna Ağdam klubunun U-19 komandasının Gənclər Liqasının Liqa mərhələsinin “Çelsi” ilə oyununda baş verənlərdir.

Bakıda keçirilmiş 4-cü turun matçında tribunalarda baş vermiş xoşagəlməz insident cəza ilə yekunlaşıb. Britaniya mətbuatının yazdığına görə, Azərbaycan klubu buna görə 5 min avro məbləğində cərimələnib. Bununla yanaşı, “Qarabağ”ın U-19 komandası UEFA-nın bayrağı altında bir oyunu azarkeşsiz keçirməli olacaq, lakin bu qərarın icrası həmin qərarın qəbul edildiyi tarixdən etibarən bir il sınaq müddəti ilə dayandırılıb.

Xatırladaq ki, “Qarabağ” – “Çelsi” matçında azarkeşlər London təmsilçisinin futbolçusuna qarşı irqçilik ediblər. “Çelsi”nin 17 yaşlı hücumçusu Sol Qordon “Azersun Arena”da baş tutmuş oyunun 57-ci dəqiqəsində hesabı açıb və qolu az sayda azarkeşin toplandığı sektora yaxın ərazidə qeyd edib. Bundan sonra həmin azarkeşlərdən bəziləri futbolçularla üz-üzə gəlmək üçün aşağıya doğru qaçıblar. Hadisə şahidləri fanatların meymun jestləri etdiyini deyiblər. Bu zaman oyun bir neçə dəqiqəlik dayandırılıb. Futbolçular ukraynalı hakim Dmitro Kubryaka şikayət ediblər. Baş məşqçi Kulum Makfarlayn da daxil olmaqla, məşqçilər heyəti müzakirələrə qatılıb. “Çelsi” rəsmiləri matçdan sonra məsələni UEFA-nın diqqətinə çatdırıb.

Xatırladaq ki, “Qarabağ”ın U-19 komandası həmin qarşılaşmadan 0:5 hesablı məğlubiyyətlə ayrılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: