UEFA Gənclər Liqası: “Qarabağ” “Ayaks”a qarşı

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026 mövsümünün əsas mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi “Ayaks”ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Görüş “Azərsun Arena”da baş tutacaq. Oyuna saat 14:00-da start veriləcək. Əsas mərhələnin 6-cı turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edəcək.

Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olmuş “Qarabağ”ın U-19 komandası hazırda yarış cədvəlinin 35-ci pilləsində qərarlaşıb. “Ayaks” isə 7 xalla 22-cidir.