Mükafatlandırılma mərasimi sabah keçiriləcək – PFL açıqladı

Sabah futbol üzrə Azərbaycan Birinci Divizionunda 2020/21 mövsümünün mükafatlandırılma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, mükafatlandırılma mərasimi son turun “Zaqatala” – “Neftçi-2” görüşündən sonra “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında baş tutacaq.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Mərasimdə müvafiq olaraq “Turan Tovuz”a bürünc, “Zaqatala”ya gümüş, “Neftçi-2”yə isə qızıl medallar və kubok təqdim olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: