Azərbaycan Birinci Divizionunda 2020/21 mövsümünün sonuncu oyunu “Zaqatala” – “Neftçi-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Neftçi”nin prezidenti Kamran Quliyev və başqa rəsmi şəxslər iştirak etdilər.
Hələ 2 tur əvvəl çempionluğu təmin edən “Neftçi”nin əvəzedicilərinə qızıl, “Zaqatala”ya isə gümüş medallar təqdim edilib.
Ötən tur üçüncü olacağı dəqiqləşən “Turan Tovuz” bürünc medallara sahib çıxıb.


