İtaliyanın “Milan” klubunun sağ cinah müdafiəçisi Aleks Ximenes icarə əsasında çıxış etdiyi “Bornmut”un tamhüquqlu futbolçusuna çevrilib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçunun transferi üçün “Bornmut” “Milan”a 19 milyon avro ödəyib. Müqaviləyə əlavə olaraq 5 milyon avro bonus da daxildir.
İspaniyalı müdafiəçi cari Premyer Liqa mövsümündə 22 oyunda iştirak edib, 1 qol vurub.
Tam adı Alexandro Ximenes Sançes olan ispaniyalı futbolçu “Real” və “Milan” klublarının yetirməsidir. Gənc müdafiəçi “Real”ın əsas komandasında debüt şansı qazanmasa da, “Milan”ın əsas komandasında 34 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub.
Aleks Ximenes İspaniyanın U-15, U-17, U-19, U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.


