“Sabah” Kevin Kubemba ilə vidalaşdı

“Sabah” klubla müqavilə müddəti bitən Kevin Kubemba ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Sabah” futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Kevin Kubemba 2019-cu ilin iyun ayından bu komandanın üzvü idi. O, geridə qalan mövsümdə Premyer Liqa çərçivəsində meydana çıxdığı 22 oyunda 5 qola imza atıb.

“Sabah” ondan öncə müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete ilə də yollarını ayırmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: