17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının seçmə mərhələsinin 2-ci raunduna start verəcək.
Arena.az xəbər verir ki, komandamız seçmə mərhələnin 2-ci raundu çərçivəsində ilk oyununa Bolqarıstanın Plovdiv şəhərində çıxacaq.
B Liqasının 2-ci qrupunda yer almış millimiz startda yerli komanda ilə qarşılaşacaq. “Xristo Botev” stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, U-17 yığmamız qrupdakı digər oyunlarını Litva (27 mart) və Maltanın (30 mart) müvafiq yaş qrupundan ibarət komandalarına qarşı keçirəcək.
Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 2-ci qrup
24 mart
17:00. Bolqarıstan – Azərbaycan
Baş hakim: Mateo Tozan (Sloveniya).
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya).
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya).
Plovdiv, “Xristo Botev” stadionu.


