DÇ-2026-nın qrup mərhələsini 4,6 milyon azarkeş izləyib

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin oyunlarını ümumilikdə 4,6 milyon tamaşaçı izləyib.

Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, turnirin qrup mərhələsi çərçivəsində ümumilikdə 72 qarşılaşma baş tutub.

Qeyd edək ki, daha əvvəl dünya çempionatları tarixinin tamaşaçı rekordu da DÇ-2026 zamanı yenilənmişdi. Qrup mərhələsinin üçüncü turu zamanı stadionlara gələn azarkeşlərin sayı 3,6 milyonu keçərək əvvəlki rekordu geridə qoymuşdu. Bundan əvvəlki rekord 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatında qeydə alınmışdı. Həmin mundialın oyunlarını 3 587 538 tamaşaçı izləmişdi.

Xatırladaq ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirin hazırkı qalibi Argentina millisidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: