Hacıəli Şirəliyev “Şamaxı”da

“Difai”nin sağ cinah yarımmüdafiəçisi Hacıəli Şirəliyev bundan sonra Premyer Liqa təmsilçisi “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, klub yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Əyalət təmsilçisi yarımmüdafiəçi kimi də oynamağı bacaran cinah müdafiəçisi Hacıəli Şirəliyevi heyətinə qatıb. 21 yaşlı futbolçu ilə üç (2+1) illik müqavilə imzalanıb.

Hacıəli Şirəliyev “Səbail”in yetirməsidir. Gənc futbolçu 2025-ci ilin yayında paytaxt klubundan ayrılaraq “Difai”yə keçmişdi. O, “Şamaxı”ya azad agent kimi qoşulub.

“Şamaxı” bu yay Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə və Okan Təhməzlini də heyətinə qatmış, həmçinin Abdulla Seydəhmədov və Həbib İsmayılovla da yeni müqavilə bağlamışdı. Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: