“Karvan” “Mingəçevir”dən futbolçu “oğurlamağa” davam edir

2026/2027-ci illər mövsümündə Azərbaycan Birinci Liqasında mübarizə aparacaq “Karvan” klubu heyətini gücləndirməyə davam edir.

Arena.az xəbər verir ki, Yevlax təmsilçisi heyətinə daha 5 yeni oyunçu cəlb edib, bir futbolçu ilə də yollarını ayırıb.

Baş məşqçi postuna ötən mövsüm “Mingəçevir”ə rəhbərlik etmiş Ramiz Məmmədovu gətirmiş yevlaxlılar heyətini də məhz bu komandanın oyunçuları ilə gücləndirir. Ramiz Məmmədov məhz “Mingəçevir”i çalışdırdığı dövrdə yaxşı tanıdığı oyunçuları Yevlax klubunda da sərəncamında da görmək istəyir.

Məsələn, müdafiəçi Xəyal Muradov, Rəhim Osman və Elmin Bayramov məhz “Mingəçevir”dən transfer olunublar. Onların hər biri ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi Aqil Nəsibov son olaraq “Şəfa” klubunda forma geyinib. 24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, daha öncə “Mingəçevir” və “Qəbələ” klublarının da formasını geyinib.

Turan Vəlizadə isə “Səbail”dən transfer edilib. 25 yaşlı yarımmüdafiəçi ilə də 1 illik müqavilə imzalanıb.

İbrahim Qədirzadə isə “Karvan”ı tərk edib. Onunla klubla müqaviləsinin müddəti başa çatıb. İbrahim bu komandanın heyətində 42 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: