“Zirə” – “Payde” matçının baş hakimi dəyişdirildi

Futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin “Zirə” – “Payde” matçının baş hakimi dəyişdirilib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Azərbaycan və Estoniya komandaları arasında Sumqayıtda keçiriləcək cavab oyununu öncədən açıqlandığı kimi, xorvatiyalı Dario Bel idarə etməyəcək. Qarşılaşmanın baş hakimi Darionun həmyerlisi Patrik Kolariç olacaq. Kolariçə yan xətt hakimləri İvan Yaniç və Dino Knez kömək edəcəklər. Dördüncü hakim funksiyasını Patrik Pavleşiç yerinə yetirəcək.

Baş hakim dəyişikliyinin səbəbi isə Belin martın 21-də Xorvatiya çempionatının “Vukovar” – “Hayduk” matçında aldığı ciddi zədədir. 38 yaşlı hakim həmin matçda axill vətərini qırıb və mövsümün sonuna qədər sıradan çıxıb.

Xatırladaq ki, iyulun 30-da Sumqayıtda keçiriləcək “Zirə” – “Payde” matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasında keçirilmiş ilk görüşdə estonlar qalib gəliblər – 1:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: