Futbol üzrə Ekvador yığmasının hücumçusu Enner Valensiya bundan sonra Argentinanın “Boka Xuniors” klubunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.
36 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
Ekvadorlu forvard son olaraq Meksikanın “Paçuka” klubunun uğurları üçün çalışırdı. O, sözügedən komandanın heyətində 47 oyuna 26 qol vurub, 3 assist müəllifi olub.
Təcrübəli hücumçu daha öncə “Emelek”, “Vest Hem”, “Everton”, “Tiqres UANL”, “Fənərbağça”, “İnternasyonal” kimi klubların da formasını geyinib.
Xatırladaq ki, Enner Valensiya 2012-ci ildən formasını geyindiyi Ekvador yığmasında karyerasını bu yay – DÇ-2026-dan sonra başa vurub. O, millinin heyətində keçirdiyi 109 oyunda 49 qol vurub və 15 məhsuldar ötürmə edib.


