15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-15) Qazaxıstanda təşkil edilmiş UEFA İnkişaf Turnirində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz ikinci oyununda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Şimkənd şəhərində yerləşən “Namıs” stadionunda keçirilən görüş rəqib komandanın 13:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, U-15 millimiz ilk oyununda Qazaxıstana 1:2 hesabıyla uduzmuşdu. Komandamız turnirdəki sonuncu oyununu avqustun 17-də Belarus yığmasına qarşı keçirəcək.
Azərbaycan millisi bu turnirə aşağıdakı heyətlə yollanıb:
- Mədinə Şükürlu – Neftçi
- Çiçək Həsənli – Şəfa
- Safiya Cəfərova – Neftçi
- Gülay Allahverdiyeva – Neftçi
- Elina Kotikova – Sabah
- Asia Vahbi – Ulduz
- Rəbiyyə Əhməd – Ulduz
- Lamiyə Yarəliyeva – Alekseyevka (Quba)
- Mədinə Həmzəyeva – Kəpəz
- Fatimə İbrahimzadə – Sumqayıt
- Zəhra Nəcəfli – Neftçi
- Ləman Hüseynli – Şəfa
- Ayan Baxşalı – Şəfa
- Banu Sadiqova – Neftçi
- Nazlı Məmmədzadə – Sumqayıt
- Minayə Sadıxova – Sumqayıt
- Zeynəb Cabbarlı – Sumqayıt
- Yasmin İsazadə – Neftçi
- Zəhra Əkbərli – Neftçi
- Sara Qaribova – Neftçi


