Bu gün keçirilmiş oyunlarla futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 2-ci tura start verilib.
Arena.az xəbər verir ki, A, B və D Liqalarında ümumilikdə 8 oyun baş tutub.
A Liqasında Almaniya millisi Yunanıstanla qarşılaşıb və doğma meydanda gözlənilməz məğlubiyyətə üzülüb. Niderland seçməsi səfərdə Serbiyadan, Portuqaliya yığması isə Norveçdən güclü olub.
D Liqasında mübarizə aparan Azərbaycan millisi səfərdə Litva yığması ilə üz-üzə gəlib və heç-heçəyə razılaşıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
27 sentyabr
A Liqası, 2-ci qrup
Serbiya – Niderland 1:2
Almaniya – Yunanıstan 0:1
Xallar: Yunanıstan – 6. Niderland – 4. Almaniya – 1. Serbiya – 0.
A Liqası, 4-cü qrup
Danimarka – Uels 2:0
Norveç – Portuqaliya 1:2
Xallar: Portuqaliya – 6. Norveç – 3. Danimarka – 3. Uels – 0.
B Liqası, 3-cü qrup
Avstriya – Kosovo 3:1
İsrail – İrlandiya 0:3
Xallar: Avstriya – 6. Kosovo – 3. İrlandiya – 3. İsrail – 0.
D Liqası, 1-ci qrup
Cəbəllütariq – Andorra 0:0
Xallar: Malta – 3. Cəbəllüttariq – 1. Andorra – 2.
D Liqası, 2-ci qrup
Litva – Azərbaycan 1:1
Xallar: Litva – 4. Azərbaycan – 1. Lixtenşteyn – 0.


