Futbol üzrə Niderland milli komandası AÇ-2020 öncəsi ciddi itki ilə üzləşib.
Arena.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Donni van de Bek sıradan çıxıb.
Bu barədə Niderland millisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçunun zədə səbəbindən AÇ-2020-ni buraxacağı açıqlanıb.
Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Donni van de Bek 2020-ci ilin avqustundan “Mançester Yunayted”in uğurları üçün çalışır.
AÇ-2020 bu il 11 iyun – 11 iyul aralığında keçiriləcək. Niderland yığması Ukrayna, Avstriya və Şimali Makedoniya ilə bir qrupda mübarizə aparacaq.
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.


