Vensan Kompani “Bayern”in düşərgəsinə qayıtdı

Almaniya çempionu “Bayern”in baş məşqçisi Vinsent Kompani səhhətində yaranmış problemdən sonra komandanın düşərgəsinə qayıdıb.

Arena.az xəbər verir ki, 40 yaşlı belçikalı mütəxəssis oktyabrın 23-də klubun məşq bazasında huşunu itirmiş və helikopterlə xəstəxanaya çatdırılmışdı.

Kompaninin son günlər virus infeksiyasından əziyyət çəkdiyi, buna baxmayaraq, məşq prosesini tam həcmdə davam etdirdiyi bildirilmişdi.

Həkimlər onun səhhətinin qəfil pisləşməsinə beyin qişalarının qıcıqlanması – meningeal sindromun səbəb olduğunu müəyyənləşdiriblər. Kompani daha sonra xəstəxanadan evə buraxılıb.

Belçikalı mütəxəssis 2024-cü ilin mayından “Bayern”ə rəhbərlik edir. Onun rəhbərliyi altında Münhen klubu iki dəfə Almaniya çempionu və super kubokun qalibi, bir dəfə isə ölkə kubokunun sahibi olub.

“Bayern” hazırda Bundesliqada 9 turdan sonra 21 xalla liderdir. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsində 4 oyundan sonra 8 xal toplayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: