UEFA Millətlər Liqasında Türkiyə – Belçika dueli

Bu gün keçiriləcək oyunlarla futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 5-ci tura start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə A və C Liqalarında 8 oyun keçiriləcək.

A Liqasının 1-ci qrupunda Türkiyə millisi Belçika yığması ilə üz-üzə gələcək. İtaliya millisi isə Fransa seçməsini qəbul edəcək.

UEFA Millətlər Liqasında qrup mərhələsində 5-ci turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
12 noyabr

A Liqası, 1-ci qrup

21:00. Türkiyə – Belçika
23:45. İtaliya – Fransa

Xallar: Fransa – 10. İtaliya – 7. Belçika – 6. Türkiyə – 0.

A Liqası, 3-cü qrup

23:45. Çexiya – İspaniya
23:45. İngiltərə – Xorvatiya

Xallar: İspaniya – 12. İngiltərə – 9. Xorvatiya – 3. Çexiya – 0.

C Liqası, 1-ci qrup

23:45. Albaniya – Finlandiya
23:45. San Marino – Belarus

Xallar: Albaniya – 9. Belarus – 7. Finlandiya – 7. San Marino – 0.

C Liqası, 2-ci qrup

21:00. Ermənistan – Kipr
23:45. Monteneqro – Latviya

Xallar: Monteneqro – 10. Kipr – 7. Ermənistan – 4. Latviya – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: