Amerika Kubokunda finalçılar bəlli oldu

Futbol üzrə Amerika kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, ikinci oyun günündə Argentina yığması ilə Kolumbiya millisi qarşılaşıb.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Argentina millisi finala yüksəlib.

Xatırladaq ki, ilk finalçı Perunu 1:0 hesabıyla üstələmiş Braziliya yığması olmuşdu.

Beləliklə, Braziliyada təşkil olunmuş turnirin həlledici oyununda meydan sahibləri Argentina yığması ilə qarşılaşacaq. Final matçı iyulun 11-də keçiriləcək. Bundan bir gün öncə isə Kolumbiya və Peru yığmaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcək.

Amerika kuboku
Yarımfinal
7 iyul

Argentina – Kolumbiya 1:1 (penaltilər 3:2)
Qol: L.Martines, 7 – L.Dias, 61.

Xəbəri sosial şəbəkələrdə paylaş: