Kərim Diniyev “Keşlə”də!

Ötən mövsüm bitən kimi “Zirə” ilə yollarını ayıran Kərim Diniyev özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra karyerasını paytaxtın digər təmsilçisi “Keşlə”də davam etdirəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Kərim Diniyev 2020-ci ilin yayından “Zirə”nin uğurları üçün çalışırdı. O, daha öncə “Neftçi”, “Sumqayıt”, “Şüvəlan”, “Kəpəz”, “Səbail” və “Sabah”da da forma geyinib.

“Keşlə” bu yay “Neftçi”dən Rəhman Hacıyevlə Turan Vəlizadəni, “Sabah”dan isə Elçin Mustafayevi icarəyə götürüb. Paytaxt klubunun yeni transferləri arasında Merab Giqauri, Aldair Neto, Omar Qudiabi, Amil Yunanov və Felipe Santos da var.

Xəbəri sosial şəbəkələrdə paylaş: