“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Cavid Tağıyevi transfer edib.
Onunla 1+1 formatında müqavilə imzalanıb. 29 yaşlı futbolçu yeni komandasının heyətində “10” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2021/22-ci il mövsümündə “Səbail”in uğurları üçün çalışacaq yarımmüdafiəçinin son klubu “Sabah” olub. Lakin Tağıyev ötən ilin sentyabrında Masazır klubundan ayrılandan bəri işsiz idi.
Bu yay xeyli oyunçusu ilə yollarını ayıran “Səbail” Tağıyevdən öncə Şəhriyar Rəhimov, Məhəmməd Mirzəbəyov və Cabir Əmirlini transfer etmişdi.



