“Fənərbaxça” Krespo ilə gücləndi

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Eştoril” klubundan Migel Kresponu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 24 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisində 27 nömrəli formanı geyinəcək.

Migel Krespo peşəkar karyerasına “Neves”də başlayıb. O, daha sonra “Merelinense” və “Braqa”nın B komandasında da çıxış edir. Yarımmüdafiəçi 2019-cu ildən “Eştoril”in uğurları üçün çalışırdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: