19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, Vüqar Əsgərlinin çalışdırdığı millimiz ikinci sınağında İtaliya yığması ilə qarşılaşıb.
İtaliyada keçirilən qarşılaşma yığmamız üçün uğursuz alınıb. Komandamız bu görüşdə 9 cavabsız qola üzülüb.
Azərbaycan millisi ilk oyunda Norveçə 0:7 də hesabı ilə uduzmuşdu. Yığmamız növbəti matçını oktyabrın 26-da Polşaya qarşı keçirəcək.
Millimizin yer aldığı 7-ci qrupda bu gün Norveç – Polşa görüşü də baş tutub. Norveç yığması bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
AÇ-2022-nin seçmə mərhələsi
7-ci qrup
23 oktyabr
İtaliya – Azərbaycan 9:0
Qollar: Elisa Pfattner, 11; 26; 35. Nikole Arkangeli, 28. Lossella Larenza, 32. Alice Çorelli, 47; 90+2. Anita Mariya Koçis, 78. Kyara Bekkari, 82.
Hakimlər: Teresa Alise Pimenta Oliveyra (Portuqaliya), Sara Diana Pereyra Alves (Portuqaliya), Viktoriya Finlay (Şimali İrlandiya), Luise Tompson (Şimali İrlandiya).
İtaliya: 1. Beatriçe Beretta, 2. Anita Mariya Koçis, 3. Sofiya Bertuççi, 4. Marika Massimino (15. Elena Battistini, 46), 5. Angela Passeri, 10. Nikole Arkangeli (k) (9. Kyara Bekkari, 46), 11. Elisa Pfattner (7. Alise Çorelli, 46), 13. Lossella Larenza, 16. Françeska Kolonna, 17. Mariya Letiziya Musolino (19. Matilde Pavan, 67), 18. Elisa Mariani (14. Anastasiya Ferrara, 84).
Ehtiyat oyunçular: 12. Aurora Gilardi, 22. Astrid Gilardi, 6. Alise Pellingelli, 8. Alise Gial.
Baş məşqçi: Enriko Sbardella.
Azərbaycan: 12. Göknur Gülərüz, 2. Milana Rəhimova, 4. Fidan Cəfərova, 5. İrem Bir, 7. Aysun Muradova (2. Tuğba Nur Bozkurt, 58), 9. Lamiyə Əlizadə, 11. Fatma Nur Senses, 13. Alina Nəhmədova (k), 15. Busə Nur Qocabəy, 17. Pərvin Səfərəliyeva, 19. Fatimə Əhmədli (16. Züleyxa Zamanlı, 73).
Ehtiyat oyunçular: 1. Aytac Feyzullayeva, 6. Samirə Aşırova, 8. Nurçin Tarverdizadə, 10. Nahidə Məmmədova, 14. Leyla Ağayeva, 18. Ceren Nur Hancerli, 20. Turkan Abdullayeva.
Baş məşqçi: Vüqar Əsgərli.
Xal durumu: İtaliya – 6, Norveç – 6, Polşa – 0, Azərbaycan – 0.


