Birinci Divizionda 10-cu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, turun görüşləri iki gün ərzində baş tutacaq.

İlk oyun günündə üç matç keçiriləcək. “Qaradağ Lökbatan” “Sabah”ın əvəzedicilərini qəbul edəcək. “Qarabağ”ın ikinci komandası “Zaqatala”nı, “Sumqayıt”ın əvəzediciləri isə MOİK-i sınağa çəkəcək.

Sonuncu oyun günündə “Kəpəz” “Zirə”nin əvəzediciləri ilə üz-üzə gələcək. “Turan Tovuz” səfərdə “Keşlə”nin ikinci komandası ilə qarşılaşacaq. Son çempion “Neftçi-2” də “Səbail”in əvəzediciləri ilə münasibətlərinə aydınlıq gətirəcək.

Birinci Divizion
10-cu tur
30 noyabr

“Qaradağ Lökbatan” – “Sabah-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qarabağ-2” – “Zaqatala”
Binə qəsəbə stadionu, 14:00.

“Sumqayıt-2” – MOİK
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

1 dekabr

“Kəpəz” – “Zirə-2”
Gəncə şəhər stadionu, 14:00.

“Neftçi-2” – “Səbail-2”
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Keşlə-2” – “Turan Tovuz”
Bakı. “ASK Arena”, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: