Birinci Divizion: “Kəpəz” evdə, “Turan Tovuz” səfərdə xal itirdi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Kəpəz” doğma meydanda “Zirə”nin ikinci komandası ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Turan Tovuz” isə “Keşlə”nin əvəzediciləri ilə oyundan bir xalla ayrılıb.

Günün yeganə qalibi “Neftçi”nin ikinci komandası olub. Sözügedən kollektiv doğma meydanda “Səbail”in əvəzedicilərinə qalib gəlib.

Birinci Divizion
10-cu tur
30 noyabr

Qaradağ Lökbatan – Sabah-2 3:2
Qol: Sabir Allahquliyev, 7; 90. Həbib İsmayılov, 58 – Kamran Quliyev, 22-pen. Fərid Kərimzadə, 24.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Qarabağ-2 – Zaqatala 1:1
Qol: Əli Nəcəfli, 43 – Maksud Ələkbərov, 7.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Teymur Teymurov, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 14:00.

Sumqayıt-2 – MOİK 0:3
Qol: İsa Zeynallı, 20-pen. Rafael Qavami, 38. Samir İbrahimov, 77-öz qapısına.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Elman Kərimov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00.

1 dekabr

Kəpəz – Zirə-2 2:2
Qol: Emil Qasımov, 11. Nicat Süleymanov, 77 – Samir Ağayev, 26. Məhəmməd Səfərov, 34.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu, 14:00.

Neftçi-2 – Səbail-2 2:1
Qol: Famil Camalov, 23. Emin Zamanov, 46 – Nikolas Raysel, 60.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi”nin məşq mərkəzi (4-cü meydança), 14:00.

Keşlə-2 – Turan Tovuz 1:1
Qol: Elnur Süleymanov, 55 – Rövşən Şahmuradov, 31.
Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: