Futbol üzrə Azərbaycan Birinci Divizionunda 11-ci turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun oyunları 6-7 dekabrda keçiriləcək.
İlk oyun günündə üç görüş baş tutacaq. Lider “Qaradağ Lökbatan” səfərdə “Qəbələ”nin ikinci komandası ilə qarşılaşacaq. İkinci pillədə qərarlaşan MOİK əsas izləyicisi “Kəpəz”i qəbul edəcək. “Zaqatala” isə “Sumqayıt”ın ikinci komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Sonuncu oyun günündə “Sabah”ın əvəzediciləri “Qarabağ”ın, “Zirə”nin əvəzediciləri isə “Neftçi”nin ikinci komandası ilə qarşılaşacaq. Turun qapanış matçı “Səbail” və “Keşlə”nin əvəzediciləri üz-üzə gələcək.
Birinci Divizion
11-ci tur
6 dekabr
Zaqatala – Sumqayıt-2
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
Qəbələ-2 – Qaradağ Lökbatan
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
MOİK – Kəpəz
Binə qəsəbə stadionu, 14:00.
7 dekabr
Sabah-2 – Qarabağ-2
Binə qəsəbə stadionu, 14:00.
Zirə-2 – Neftçi-2
Bakı. “ASK Arena”, 14:00.
Səbail-2 – Keşlə-2
Bakı. “ASCO Arena”, 14:30.


