Konfrans Liqasında pley-offun püşkü atıldı: “Qarabağ” üçün Fransa klubu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub. Tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da pley-offdakı rəqibi bəlli olub.

Qeyd edək ki, püşk zamanı eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər. Püşkatmada iştirak edən 16 komanda iki qrupa bölünmüşdü. H qrupunu 2-ci pillədə tamamlayan Ağdam klubu səpələnmişlər səbətində yer almışdı. Qurban Qurbanovun baç məşqçi olduğu komanda Avropa Liqasının qrup üçüncülərindən biri ilə qarşılaşacaqdı. Azərbaycan təmsilçisinin bəxtinə Marsel “Olimpik”i (Fransa) düşüb. “Köhlən atlar” bu rəqiblə ilk oyununu səfərdə keçirəcək.

Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk matçları 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. Pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Olimpik (Marsel, Fransa) – Qarabağ (Azərbaycan)
PSV (Niderland) – Makkabi (Təl-Əviv, İsrail)
Fənərbaxça (Türkiyə) – Slaviya (Praqa, Çexiya)
Midtyulland (Danimarka) – PAOK (Yunanıstan)
Lester Siti (İngiltərə) – Randers (Danimarka)
Seltik (Şotlandiya) – Bodo Qlimt (Norveç)
Sparta (Praqa, Çexiya) – Partizan (Serbiya)
Rapid (Vyana, Avstriya) – Vitess (Niderland)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: