Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.
“Qarabağ”la “Qəbələ”nin əvəzedicilərinin oyunu Səbuhi Bayramova tapşırılıb. “Sumqayıt” və “Sabah”ın ikinci komandalarının görüşündə Emin Əliyev söz sahibi olacaq. “Kəpəz” – “Zaqatala” matçı Rəşad Əhmədova həvalə olunub. Son çempionu “Neftçi-2” ilə MOİK arasındakı qarşılaşmanın baş hakimi isə İnqilab Məmmədov olacaq.
Sonuncu oyun günündə qarşılaşacaq “Keşlə” və “Zirə”nin əvəzedici komandalarının oyununda Elvin Bayramov baş hakim olacaq. “Turan Tovuz”un “Səbail”in əvəzedicilərinə qarşı keçirəcəyi ev oyunu isə Vüqar Həsənliyə tapşırılıb.
Birinci Divizion
12-ci tur
17 dekabr
“Qarabağ-2” – “Qəbələ-2”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Əli Əlizadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.
“Sumqayıt-2” – “Sabah-2”
Hakimlər: Emin Əliyev, Zöhrab Abbasov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança), 14:00.
“Kəpəz” – “Zaqatala”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu, 14:00.
“Neftçi-2” – MOİK
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elman Kərimov, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
18 dekabr
“Keşlə-2” – “Zirə-2”
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASK Arena”, 14:00.
“Turan Tovuz” – “Səbail-2”
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.


