Birinci Divizion: “Qarabağ” və “Neftçi”dən darmadağın

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Qarabağ”ın əvəzediciləri “Qəbələ”nin ikinci komandası ilə oyunda darmadağına sevinib. Beş qolun qeydə alındığı “Kəpəz” – “Zaqatal” matçı Gəncə təmsilçisinin qələbəsiylə yekunlaşıb. “Sumqayıt”ın ikinci komandası isə “Sabah”ın əvəzedicilərini minimal hesabla üstələyib.

Son çempion “Neftçi”nin əvəzedici komandası bu dəfə MOİK-lə qarşılaşıb. 10 qolun qeydə alındığı görüşdə “ağ-qaralar” darmadağına seviniblər.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Keşlə” və “Zirə”nin əvəzediciləri bir-biri ilə üz-üzə gələcəksə, “Turan Tovuz” “Səbail”in ikinci komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.

Birinci Divizion
12-ci tur
17 dekabr

Qarabağ-2 – Qəbələ-2 3:0
Qol: Sultan Mustafayev, 32. Əli Nəcəfli, 41. Musa Musazadə, 90+5.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Əli Əlizadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

Sumqayıt-2 – Sabah-2 1:0
Qol: Cəlal Cəbrayılov, 20.
Hakimlər: Emin Əliyev, Zöhrab Abbasov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Sumqayıt şəhər stadionu, 14:00.

Kəpəz – Zaqatala 3:2
Qol: Röyal Əhmədov, 17. Tural Rzayev, 26. Cavid İmamverdiyev, 45+1 – Roini İsmayılov, 72. İbrahim Camalov, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu, 14:00.

Neftçi-2 – MOİK 7:3
Qol: Fərid Yusifli, 36; 51. Vüsal Əsgərov, 39; 87. Asim Əlizadə, 68; 78; 89 – Emin Zamanov, 10-avtoqol. Nurlan Məmmədov, 32. İsa Zeynallı, 61-pen.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elman Kərimov, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi”nin məşq meydançası (4-cü meydança), 14:00.

18 dekabr

Keşlə-2 – Zirə-2
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASK Arena”, 14:00.

Turan Tovuz – Səbail-2
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: