UEFA “Tottenhem”ə texniki məğlubiyyət verdi

UEFA “Tottenhem”ə (İngiltərənin) texniki məğlubiyyət verib. Arena.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

London təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda “Renn” (Fransa) ilə görüşə çıxmamışdı. İngiltərədə keçirilməli olan qarşılaşma “Tottenhem”də koronavirusa kütləvi yoluxma üzündən baş tutmamışdı. Meydan sahibləri bu oyuna çıxa bilmədiyi üçün texniki məğlubiyyət alıb. Bu, elə həmin gündən gözlənilən olsa da, UEFA yekun qərarını məhz bu gün açıqlayıb.

Beləliklə, “Tottenhem” qrup mərhələsini 7 xalla 3-cü pillədə başa vurub və Konfrans Liqası ilə vidalaşıb. “Renn” texniki qələbədən sonra 11 xalla qrup birincisi olub. G qrupunda ikinci yeri 10 xala malik “Vitess” (Niderland) tutub. Sloveniya “Mura”sı isə sonuncu yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: