Boks yığmamızın üzvü Serbiyada yarımfinala çıxa bilmədi

Dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Arena.az xəbər verir ki, 4 gün davam edən yarışda Azərbaycan yığması 1 idmançı ilə təmsil olunub.

Millimizin üzvlərindən Mirşərif Kazımzadə rinqə çıxıb. 75 kq çəki dərəcəsində gücünü yoxlayan boksçumuzun ilk rəqibi Vlad Qavriluç olub.

Kazımzadə moldovalı rəqibini 2:1 (29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda serbiyalı Sandro Poletanla üz-üzə gəlib. Döyüş rəqibin 2:1 (30:27, 30:27, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: