“Sumqayıt” iki futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, sözügedən klub yarımmüdafiəçi Roman Hüseynov və hücumçu Səid Rza ilə vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
“Sumqayıt” hər iki futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, Roman Hüseynov 2021-ci ilin yayında “Qəbələ”dən “Sumqayıt”a transfer olunmuşdu. O, sözügedən komandanın heyətində cəmi 3 oyunda meydana çıxıb və bütövlükdə 19 dəqiqə mübarizə aparmaq şansı qazanıb.
İrandan olan Səid Rza isə sentyabr ayında bu klubla 1 illik müqavilə bağlamışdı. Hücumçu meydana çıxdığı 9 matçda 462 dəqiqə oynayıb.


