Futbol üzrə İran çempionatında 16-cı turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Qol Qohar”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0. Bu, komandanın ardıcıl üçüncü heç-heçəsidir.
“Traktor” 16 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


