Birinci Divizion: “Zaqatala” uduzdu, “Turan Tovuz” qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

MOİK doğma meydanda “Turan Tovuz”a uduzub. “Zaqatala” isə öz meydanında “Keşlə”nin ikinci komandasına məğlub olub. “Zirə” və “Səbail”in əvəzedici komandalarının duelində də qonaqlar qələbə qazanan tərəf olub.

Birinci Divizion
14-cü tur
15 fevral

Qaradağ Lökbatan – Sumqayıt-2 0:0
Qırmızı vərəqə: Ceyhun Muxtarlı, 75 (Qaradağ Lökbatan).
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Qəbələ-2 – Kəpəz 2:0
Qol: Kamal Mirzəyev, 44-pen. Fərid İsgəndərov, 51.
Qırmızı vərəqə: Nicat Süleymanov, 27 (Kəpəz). Ümid Səmədov, 90+4 (Kəpəz).
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Səbuhi Soltnov, Əli Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

Sabah-2 – Neftçi-2 3:4
Qol: Fərid Kərimzadə, 22; 73. Kamran Quliyev, 31-pen – Samir Qurbanov, 37; 65. Xəqani Sadıxov, 82. Mirabdulla Abbasov, 90+4.
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Müslüm Əliyev, Cavid Cəlilov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 14:30.

16 fevral

Zaqatala – Keşlə-2 1:2
Qol: Xəlil Bəşirov, 53 – Fuad Bayramov, 41. Kamal Kazımov, 84.
Qırmızı vərəqə: Kamal Kazımov, 90+2 (Keşlə-2).
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Kamran Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

MOİK – Turan Tovuz 0:1
Qol: Sadiq Şəfiyev, 45+1.
Qırmızı vərəqə: Qabil Sabirli, 90 (MOİK).
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 14:30.

Zirə-2 – Səbail-2 0:1
Qol: Bayraməli Qurbanov, 60.
Qırmızı vərəqə: Cavad Qurbanlı, 84 (Zirə-2) – Emin Rüstəmov, 90+3 (Səbail-2).
Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Şirmamed Mamedov, Elvin Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“ASK Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: