Birinci Divizion: “Kəpəz” qalib gəldi, MOİK uduzdu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 15-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Kəpəz” doğma meydanda “Qaradağ Lökbatan”la qarşılaşıb. Gəncə təmsilçisi rəqibini minimal hesabla üstələyib. MOİK isə “Səbail”in ikinci komandası ilə görüşdən gözlənilməz məğlubiyyətlə ayrılıb. “Sabah” və “Keşlə”nin əvəzedicilərinin duelində isə qalib müəyyənləşməyib.

Turun qalan oyunları sabah keçiriləcək. Son oyun günündə “Turan Tovuz” “Zaqatala”nı qəbul edəcək. “Sumqayıt”ın əvəzediciləri “Qarabağ”ın ikinci komandası ilə qarşılaşacaq. Turun qapanış matçında isə “Neftçi” ilə “Qəbələ”nin əvəzediciləri üz-üzə gələcək.

Birinci Divizion
15-ci tur
22 fevral

Səbail-2 – MOİK 2:1
Qol: Aydın Ağazadə, 21. Elvin Sərkarov, 90+2 – İsa Zeynallı, 66.
Hakimlər: Rövşən Rəcəbov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Emin Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASCO Arena”, 14:00.

Kəpəz – Qaradağ Lökbatan 1:0
Qol: Emil Qasımov, 83.
Hakimlər: Cavid Cəlilov, Rəhman İmami, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu, 14:00.

Sabah-2 – Keşlə-2 1:1
Qol: Mixeil Erqemlidze, 65 – Amil Yunanov, 26.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 14:30.

23 fevral

Turan Tovuz – Zaqatala
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Asiman Əzizli, Elvin Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

Sumqayıt-2 – Qarabağ-2
Hakimlər: Əli Əliyev, Kamran Bayramov, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30.

Neftçi-2 – Qəbələ-2
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Müslüm Əliyev, Tural Qurbanov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Neftçi”nin məşq bazası (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: