Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı turun oyun cədvəli məlum olub. Arena.az növbəti turun oyunları martın ilk günlərinə təsadüf edəcək.
İlk oyun günündə dörd qarşılaşma baş tutacaq. Lider “Qaradağ Lökbatan” doğma meydanda son çempion “Neftçi-2” ilə üz-üzə gələcək.
Liderin əsas izləyicisi olan “Keşlə-2” səfərdə “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşacaq. “Turan Tovuz” səfərdə “Sabah”ın, “Kəpəz” isə “Qarabağ” ikinci komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Sonuncu oyun günündə “Zaqatala” “Səbail”in, MOİK isə “Zirə”nin əvəzedici komandasını qəbul edəcək.
Birinci Divizion
16-cı tur
1 mart
“Qəbələ-2” – “Keşlə-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Qarabağ-2” – “Kəpəz”
Binə qəsəbə stadionu, 14:30.
“Qaradağ Lökbatan” – “Neftçi-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Sabah-2” – “Turan Tovuz”
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00.
2 mart
“Zaqatala” – “Səbail-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
MOİK – “Zirə-2”
Binə qəsəbə stadionu, 14:30.


