Birinci Divizionda 17-ci turun oyun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 7-9 mart aralığında baş tutacaq.

İlk oyun günündə “Zaqatala” səfərdə “Zirə”nin əvəzediciləri ilə üz-üzə gələcək. Bu oyunu Fərid Hacıyev idarə edəcək.

Martın 8-də əvvəlcə “Tovuz Turan” doğma meydanda “Qəbələ”nin ikinci komandası ilə üz-üzə gələcək. Günün digər matçında isə “Səbail”lə “Sabah”ın əvəzediciləri qarşılaşacaq. Bu görüşlər müvafiq olaraq Emin Əliyev və Rəşad Əhmədova tapşırılıb.

Sonuncu oyun günündə isə üç qarşılaşma baş tutacaq. “Qaradağ Lökbatan” səfərdə “Keşlə”nin əvəzediciləri ilə münasibətlərinə aydınlıq gətirəcək. Matçı Kamranbəy Rəhimov idarə edəcək. “Kəpəz” “Sumqayıt”ın əvəzedicilərini qəbul edəcək. Hakimlər Komitəsi bu matçı Rəvan Həmzəzadəyə tapşırıb. Daha bir qarşılaşma isə “Neftçi” və “Qarabağ”ın əvəzediciləri arasında baş tutacaq. Bu görüşü də Rövşən Rəcəbov idarə edəcək.

Birinci Divizion
17-ci tur
7 mart

“Zirə-2” – “Zaqatala”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elman Musayev.
“ASK Arena”, 15:00.

8 mart

“Turan Tovuz” – “Qəbələ-2”
Hakimlər: Emin Əliyev, Rəhman İmami, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 14:30.

“Səbail-2” – “Sabah-2”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASCO Arena”, 15:00.

9 mart

“Kəpəz” – “Sumqayıt-2”
Hakimlər: Rəvan Həmzəzadə, Ruslan Quliyev, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 14:30.

“Keşlə-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Zöhrab Abbasov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASK Arena”, 15:00.

“Neftçi-2” – “Qarabağ-2”
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Rauf Cabarov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: