Birinci Divizion: “Zirə”yə qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Zaqatala” səfərdə “Zirə”nin əvəzediciləri ilə üz-üzə gəlib. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.

Sabah “Tovuz Turan” doğma meydanda “Qəbələ”nin ikinci komandası ilə üz-üzə gələcək. Günün digər matçında isə “Səbail”lə “Sabah”ın əvəzediciləri qarşılaşacaq.

Sonuncu oyun günündə isə üç qarşılaşma baş tutacaq. “Qaradağ Lökbatan” səfərdə “Keşlə”nin əvəzediciləri ilə münasibətlərinə aydınlıq gətirəcək. “Kəpəz” “Sumqayıt”ın əvəzedicilərini qəbul edəcək. Daha bir qarşılaşma isə “Neftçi” və “Qarabağ”ın əvəzediciləri arasında baş tutacaq.

Birinci Divizion
17-ci tur
7 mart

“Zirə-2” – “Zaqatala” 1:0
Qol: Nicat Oruclu, 10.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elman Musayev.
“ASK Arena”, 15:00.

8 mart

“Turan Tovuz” – “Qəbələ-2”
Hakimlər: Emin Əliyev, Rəhman İmami, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 14:30.

“Səbail-2” – “Sabah-2”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASCO Arena”, 15:00.

9 mart

“Kəpəz” – “Sumqayıt-2”
Hakimlər: Rəvan Həmzəzadə, Ruslan Quliyev, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 14:30.

“Keşlə-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Zöhrab Abbasov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASK Arena”, 15:00.

“Neftçi-2” – “Qarabağ-2”
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Rauf Cabarov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: