Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
“Turan Tovuz” doğma meydanda “Qəbələ″nin əvəzedici komandasına böyük hesabla uduzub. “Sabah”ın ikinci komandası isə azlıqda qalmasına baxmayaraq, “Səbail″in əvəzedicilərini məğlub edib.
Xatırladaq ki, ilk oyun günündə “Zaqatala” səfərdə “Zirə”nin əvəzediciləri minimal hesabla uduzmuşdu. Sonuncu oyun günündə isə üç qarşılaşma baş tutacaq. “Qaradağ Lökbatan” səfərdə “Keşlə”nin əvəzediciləri ilə münasibətlərinə aydınlıq gətirəcək. “Kəpəz” “Sumqayıt”ın əvəzedicilərini qəbul edəcək. Daha bir qarşılaşma isə “Neftçi” və “Qarabağ”ın əvəzediciləri arasında baş tutacaq.
Birinci Divizion
17-ci tur
7 mart
“Zirə-2” – “Zaqatala” 1:0
Qol: Nicat Oruclu, 10.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elman Musayev.
“ASK Arena”, 15:00.
8 mart
“Turan Tovuz” – “Qəbələ-2” 0:3
Qol: Aqil Nəsibov, 15; 45+3. Mehrac Baxşalı, 35.
Hakimlər: Emin Əliyev, Rəhman İmami, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 14:30.
“Səbail-2” – “Sabah-2” 2:3
Qol: Rasim Hasanov, 29. Xəyal Bədirov, 49 – İldar Alekperov, 55. Xəyal Əliyev, 62; 89.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASCO Arena”, 15:00.
9 mart
“Kəpəz” – “Sumqayıt-2”
Hakimlər: Rəvan Həmzəzadə, Ruslan Quliyev, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 14:30.
“Keşlə-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Zöhrab Abbasov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASK Arena”, 15:00.
“Neftçi-2” – “Qarabağ-2”
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Rauf Cabarov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.


