Birinci Divizion: 18-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 15-16 martda baş tutacaq.

İlk oyun günündə dörd görüş keçiriləcək. Əvvəlcə “Qəbələ” və “Səbail”in əvəzediciləri üz-üzə gələcək. “Sabah”ın əvəzediciləri “Zirə”nin, “Sumqayıt”ın ikinci komandası isə “Neftçi”nin əvəzedici kollektivi ilə qarşılaşacaq. Günün digər matçı “Qaradağ Lökbatan”la “Turan Tovuz” arasında keçiriləcək.

Sonuncu oyun günündə “Zaqatala” MOİK-lə qarşılaşacaq. Günün digər matçı “Qarabağ”la “Keşlə”nin əvəzediciləri arasında baş tutacaq.

Birinci Divizion
18-ci tur
15 mart

“Qəbələ-2” – “Səbail-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Sumqayıt-2” – “Neftçi-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:30.

“Qaradağ Lökbatan” – “Turan Tovuz”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Sabah-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 14:30.

16 mart

“Zaqatala” – MOİK
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qarabağ-2” – “Keşlə-2”
Binə qəsəbə stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: