Azərbaycan Birinci Divizionunda 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Turun ilk matçında “Qəbələ”nin ikinci komandası “Səbail″in əvəzedicilərini böyük hesabla məğlub edib.
“Sumqayıt”ın əvəzediciləri doğma meydanda “Neftçi”nin ikinci komandasına məğlub olub.
“Turan Tovuz” üçün bu tur yaxşı sonluqla nəticələnməyib. Tovuz təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşmada qapısında 3 cavabsız top görüb.
“Sabah”la “Zirə”nin əvəzedicilərinin görüşündə isə meydan sahibləri inamlı qələbəyə seviniblər.
Turun qalan oyunları sabah keçiriləcək.
Birinci Divizion
18-ci tur
15 mart
Qəbələ-2 – Səbail-2 4:0
Qol: Hüseyn Mürsəlov, 28. Ramin Doobi, 51. Mehrac Baxşalı, 80-pen. Çiçin Akande, 85.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 13:00.
Sumqayıt-2 – Neftçi-2 2:3
Qol: İbrahim Əliyev, 13. Ayxan Süleymanlı, 73 – Ağadadaş Salyanski, 30. Samir Qurbanov, 32. Emin Zamanov, 88.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Elman Kərimov, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30.
Qaradağ Lökbatan – Turan Tovuz 3:0
Qol: Nodar Məmmədov, 51. Urfan İsmayılov, 73. Elnur Cəfərov, 89.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
Sabah-2 – Zirə-2 2:0
Qol: Kamran Quliyev, 87. Veysəl Rzayev, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Zöhrab Abbasov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:30.
16 mart
Zaqatala – MOİK
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 13:00.
Qarabağ-2 – Keşlə-2
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüqar Bayramov, Elçin Məsiyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 14:30.


