Birinci Divizion: “Qarabağ” uduzdu, “Zaqatala” darmadağınla qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Zaqatala” doğma meydanda MOİK-lə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri darmadağına seviniblər.

“Qarabağ”ın ikinci komandası isə “Keşlə”nin əvəzediciləri ilə üz-üzə gəlib. Ağdam təmsilçisi bu oyunda minimal hesabla uduzub.

Birinci Divizion
18-ci tur
15 mart

Qəbələ-2 – Səbail-2 4:0
Qol: Hüseyn Mürsəlov, 28. Ramin Doobi, 51. Mehrac Baxşalı, 80-pen. Çiçin Akande, 85.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 13:00.

Sumqayıt-2 – Neftçi-2 2:3
Qol: İbrahim Əliyev, 13. Ayxan Süleymanlı, 73 – Ağadadaş Salyanski, 30. Samir Qurbanov, 32. Emin Zamanov, 88.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Elman Kərimov, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30.

Qaradağ Lökbatan – Turan Tovuz 3:0
Qol: Nodar Məmmədov, 51. Urfan İsmayılov, 73. Elnur Cəfərov, 89.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Sabah-2 – Zirə-2 2:0
Qol: Kamran Quliyev, 87. Veysəl Rzayev, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Zöhrab Abbasov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

16 mart

Zaqatala – MOİK 4:1
Qol: Xəlil Bəşirov, 11; 25; 56. Hümbət Ələkbərov, 62 – Elvin Nəsibov, 16.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 13:00.

Qarabağ-2 – Keşlə-2 0:1
Qol: Tərlan Quliyev, 11.
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüqar Bayramov, Elçin Məsiyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: