Avropa çempionatı: Ruslan Qədirov da finala yüksəldi

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir üzvü finala yüksəlib.

Nicat Hüseynovun (51 kq) ardınca Ruslan Qədirov (54 kq) da yarımfinal döyüşünü qələbə ilə başa vurub. Boksçumuz Elmir Nəbiyevə (Ukrayna) 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb. O, final görüşünə martın 23-də çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının daha 2 boksçusu bu gün yarımfinal mərhələsi çərçivəsində rinqə çıxacaq.

Avropa çempionatı martın 23-də başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: