Futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Zirə” və “Qəbələ”nin əvəzediciləri arasında keçirilən oyunda qonaqlar minimal hesabla üstün olublar. Lider “Qaradağ Lökbatan” isə səfərdə “Səbail”in əvəzedicilərinə qalib gəlib.
Turun qalan oyunları aprelin 1-də keçiriləcək.
MOİK və “Sabah-2” arasındakı matç Rəvan Həmzəzadəyə tapşırılıb. “Turan Tovuz”la “Qarabağ”ın əvəzedicilərinin duelini Nicat İsmayıllı idarə edəcək.
“Keşlə” və “Sumqayıt”ın ikinci komandaları arasındakı qarşılaşmada Cavid Cəlilov söz sahibi olacaq. “Neftçi-2” ilə “Kəpəz” arasındakı qarşılaşma isə Elvin Bayramova həvalə olunub.
Birinci Divizion
19-cu tur
30 mart
“Zirə-2” – “Qəbələ-2” 0:1
Qol: Xəyal Səmədov, 70.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Elmin Süleymanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 15:00.
“Səbail-2” – “Qaradağ Lökbatan” 1:2
Qol: Vidadi Cəfərov, 76-pen – Sabir Allahquliyev, 70; 80.
Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASCO Arena”, 15:00.
1 aprel
MOİK – “Sabah-2”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 14:30.
“Turan Tovuz” – “Qarabağ-2”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Ruslan Quliyev, Emin Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:30.
“Keşlə-2” – “Sumqayıt-2”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Kərim Zeynalov, Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”, 15:00.
“Neftçi-2” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.


