Birinci Divizionda 20-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları 5-6 apreldə keçiriləcək. Bütün matçlar eyni saatda – 15:00-da başlayacaq.

İlk oyun günündə “Kəpəz” “Keşlə”nin, “Turan Tovuz” isə “Sumqayıt”ın əvəzedicilərini sınağa çəkəcək. Gəncə təmsilçisi evdə, Tovuz klubu isə səfərdə mübarizə aparacaq. Günün digər matçı “Qarabağ” və “Səbail”in ikinci komandaları arasında baş tutacaq.

İkinci oyun günündə isə lider “Qaradağ Lökbatan” “Zirə”nin, MOİK də “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşacaq. “Zaqatala” da “Sabah”ın ikinci komandasının qonağı olacaq.

Birinci Divizion
20-ci tur
5 aprel

“Kəpəz” – “Keşlə-2”
Gəncə şəhər stadionu, 15:00.

“Sumqayıt-2” – “Turan Tovuz”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Qarabağ-2” – “Səbail-2”
Binə qəsəbə stadionu, 15:00.

6 aprel

“Qaradağ Lökbatan” – “Zirə-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qəbələ-2” – MOİK
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sabah-2” – “Zaqatala”
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: