Birinci Divizion: “Qarabağ” xal itirdi, “Kəpəz” uduzdu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

MOİK – “Sabah-2” matçında qapılara qol vurulmayıb. “Turan Tovuz”un “Qarabağ”ın əvəzediciləri ilə dörd qolluq oyununda da qalib müəyyənləşməyib. “Keşlə”nin əvəzediciləri “Sumqayıt”ın ikinci komandasını, “Neftçi”nin əvəzediciləri isə “Kəpəz”i məğlub yola salıb.

Xatırladaq ki, ilk oyun günündə “Zirə” və “Qəbələ”nin əvəzediciləri arasında keçirilən oyunda qonaqlar minimal hesabla üstün olmuşdular. Lider “Qaradağ Lökbatan” da səfərdə “Səbail”in əvəzedicilərinə qalib gəlmişdi.

Birinci Divizion
19-cu tur
30 mart

Zirə-2 – Qəbələ-2 0:1
Qol: Xəyal Səmədov, 70.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Elmin Süleymanov, Səbuhi Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. “ASK Arena”, 15:00

Səbail-2 – Qaradağ Lökbatan 1:2
Qol: Vidadi Cəfərov, 76-pen – Sabir Allahquliyev, 70; 80.
Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. “ASCO Arena”, 15:00

1 aprel

MOİK – Sabah-2 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Binə qəsəbə stadionu, 14:30

Turan Tovuz – Qarabağ-2 2:2
Qol: Sadiq Şəfiyev, 4. Faiq Hacıyev, 90+2 – Ruslan Bayramov, 11. Seyxan Fərəcov, 86.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Ruslan Quliyev, Emin Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 14:30

Keşlə-2 – Sumqayıt-2 2:0
Qol: Emin Quliyev, 44. Samir Abdullayev, 81.
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Kərim Zeynalov, Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. “ASK Arena”, 15:00

Neftçi-2 – Kəpəz 2:0
Qol: Nihad Qurbanlı, 61; 64.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı. “Neftçi”nin bazası (4-cü meydança), 15:00

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: